Sintetik dil — morfologiya baxımından sözlərin formalarının müxtəlif şəkilçilər və prefikslər əlavə etməklə dəyişdirildiyi dillərdir. Sintetik dillərdə cümlənin mənasını ifadə etmək üçün sözlərin köklərinə morfemlər əlavə olunur. Bu morfemlər vasitəsilə cümlədəki qrammatik münasibətlər, zaman, cins, hal və digər qrammatik xüsusiyyətlər ifadə edilir. Sintetik dillərin əksinə analitik dillər sözlərin dəyişdirilmədən, daha çox söz sırasının və köməkçi sözlərin (ədatlar, köməkçi fellər və s.) istifadəsi ilə mənanı ifadə edirlər.[1]